Rusiya neftini daşıyan tankerlər ABŞ sanksiyalarına görə lövbər saldı

Rusiya neftini daşıyan tankerlər ABŞ sanksiyalarına görə lövbər saldı
  14 Yanvar 2025    Oxunub:356
Rusiya nefti daşıyan 65 tanker bütün dünyada lövbər salıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə MarineTraffic və LSEG-in gəmi izləmə məlumatlarında bildirilib.

ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da elan etdiyi sanksiyalara görə dünya üzrə Rusiya neftini daşıyan 65 tanker lövbər salıb.

Dayanmış 65 tankerdən 5-i Çin limanları yaxınlığında, 7-si Sinqapur yaxınlığında dayanıb. Digər tankerlər Baltik dənizi və Uzaq Şərqdə və Rusiya sahillərində dayanıb.

Əvvəllər məhdudiyyətlərə məruz qalan 25 gəmi artıq İran limanları yaxınlığında və Süveyş kanalı yaxınlığında aşkarlanıb.

Hindistanın sanksiyaların tətbiq edildiyi neft tankerləri ilə qarşılıqlı əlaqədən imtina edəcəyi gözələnilir.

AzVision.az




Teqlər:





Xəbər lenti