SOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb
“Yaşıl” istiqrazlardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik “yaşıl” enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və davamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.
Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.
“PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayteri olduğu SOCAR-ın "Yaşıl” istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.
Xatırladaq ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
AzVision.az
Teqlər: