SOCAR-ın prezidenti Liviyanın səfiri ilə görüşdü

SOCAR-ın prezidenti Liviyanın səfiri ilə görüşdü
  16 Yanvar 2025    Oxunub:264
SOCAR-ın prezidenti Rövşən Nəcəf Liviya Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub. Bu xüsusda, SOCAR ilə Liviyanın Milli Neft Şirkəti arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində müzakirələrin aparıldığı vurğulanıb.

Söhbət zamanı treydinq və hasilat layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





AzVision.az


Teqlər:





Xəbər lenti