SOCAR ABŞ şirkəti ilə yeni əməkdaşlıq imkanlarını araşdırır

SOCAR ABŞ şirkəti ilə yeni əməkdaşlıq imkanlarını araşdırır
  24 Yanvar 2025    Oxunub:339
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “OliverWyman Group” şirkəti ilə enerji sektoru üçün innovativ həllərə diqqət yetirərək yeni əməkdaşlıq imkanlarını araşdırıb.
Bunu SOCAR prezidenti Rövşən Nəcəf özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. O, ABŞ-ın “Oliver Wyman Group” şirkətinin prezidenti və Baş icraçı direktoru Nik Stader (Nick Studer) ilə görüşüb.

“Aşağı karbonlu texnologiyalar və rəqəmsal transformasiya sahəsində irəliləyişlər daxil olmaqla dayanıqlı inkişafın təmin edilməsi üçün SOCAR-ın hazırkı təşəbbüslərini müzakirə etdik”, - deyə R.Nəcəf qeyd edib.

Qeyd edək ki, “OliverWyman Group” – idarəetmə və məsləhət xidmətləri göstərən 40 ildən artıq təcrübəyə malik olan dünyanın ən məşhur konsaltinq şirkətlərindən biridir. 1984-cü ildə ABŞ-da yaradılan və baş ofisi Nyu-Yorkda yerləşən konsaltinq şirkətinin bütün dünyada 60 ofisi və təqribən 6-7 min əməkdaşı var. “OliverWyman Group”un ofisləri əsasən Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya bölgəsində yerləşir.

AzVision.az



Teqlər:





Xəbər lenti