Macarıstanla ticarət dövriyyəsi 29 faiz artıb
Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, müxtəlif sahələri əhatə edən əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti qeyd edilib. Komissiyanın keçən il Bakıda 10-cu iclasının keçirildiyi, növbəti iclasının bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Habelə ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların və işgüzar görüşlərin, digər tədbirlərin əlaqələrimizn inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə iqtisadi və ticarət, enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, sosial, turizm və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
AzVision.az
Teqlər: