“ASAN xidmət” təcrübəsini Pakistanla paylaşacaq

“ASAN xidmət” təcrübəsini Pakistanla paylaşacaq
  28 Yanvar 2025    Oxunub:496
23-24 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak məqsədilə İslamabad şəhərinə səfər edib.
Tədbirdə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Vüqar Mustafayev, Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətinin üzvləri, digər rəsmi şəxslər də iştirak ediblər.

Komissiyanın yekunu olaraq imzalanmış Protokolda “ASAN xidmət” təcrübəsinin Pakistan tərəfi ilə paylaşılması üzrə bənd öz əksini tapıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Pakistanın dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə görüşüb

Görüşlər zamanı "ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Müvafiq istiqamətlər üzrə Pakistanın aidiyyatı qurumları arasında əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəlinib.
AzVision.az



Teqlər:





Xəbər lenti