Sosial Dəstək Mərkəzinin yarım milyon manatlıq yığılmış zərəri var
2023-cü ildə Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 868 min manat (2022-ci ilə nisbətən 19,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 510 min manat (1 % çox), sosial xidmət və maddi yardım xərcləri 246 min manat (69,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 203 min manat (6,5 % az), inzibati və digər əməliyyat xərcləri isə 65 min manat (25 % çox) təşkil edib.
2024-cü ilin yanvarın 1-nə Sosial Dəstək Mərkəzinin aktivləri, həm də balans kapitalı 2,937 milyon manat olub ki, bu da illik müqayisədə 5 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri olmayıb.
Xatırladaq ki, Sosial Dəstək Mərkəzi 2021-ci ilin avqust ayında ƏƏSMN-nin tabeliyindəki "Həyat Ticarət Mərkəzi" və "Əlillərin Məişət Xidməti Cərgəsi"nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,27 milyon manatdır. Mərkəz əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirlər, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirən publik hüquqi şəxsdir.
AzVision.az
Teqlər: Zərər