İstehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

İstehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
  30 Yanvar 2025    Oxunub:311
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il yanvar ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
AzVision.az AMB-yə istinadən xəbər verir ki, 2025-ci il 1 yanvar tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16%, avtomobil kreditləri üzrə 10% və digər istehlak kreditləri üzrə 20% təşkil edib.

Qeyd edək ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi-yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə dəyişməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti