“Oğullarımız mələk idi”

“Oğullarımız mələk idi”
  21 Aprel 2013    Oxunub:1361
Boston Marafonunda törədilən terror aktının təşkilatçıları olduğu iddia edilən çeçen qardaşların ailələri oğlanlarının böyük bir oyuna alət olduqlarını bildirir.
Oğullarından birinin çox ağıllı olduğunu söyləyən ana, oğlunu izlədiklərini dilə gətirib.
"Bir dəfə məni yolda görüb tanımadığım insanlar sorğu-suala çəkdilər. Sənin oğlunda xüsusi qabiliyyət var, kütləni arxasından apara bilmə bacarığına malikdir. Bir tədbir görməlisiniz".

Qardaşların atası isə verdiyi açıqlamada, uşaqlarının heç kimi incidə bilməyəcəklərini, mələk kimi uşaq olduqlarını, onların tələ qurbanı olduqlarından danışıb.

Qeyd edək ki, Sarnayev qardaşları bir necə gün öncə Boston marafonunda törədilən terror aktında ittiham edilirlər.

Xatırladaq ki, Boston terroru hadisəsi nəticəsində biri 8 yaşlı uşaq olmaqla 3 nəfər ölüb. 180 nəfər yaralanıb.


Teqlər:  





Xəbər lenti