Rusiyanı dəstəkləyən ABŞ Avropanın əleyhinə çıxır

   Rusiyanı dəstəkləyən ABŞ Avropanın əleyhinə çıxır
  24 Fevral 2025    Oxunub:382
BMT Baş Assambleyasına diplomatik nota verən Vaşinqton, onun Ukrayna ilə bağlı əvvəllər təklif etdiyi qətnamə layihəsini dəstəkləməyə, Avropa müttəfiqlərinin və Ukraynanın irəsli sürdüyü qətnamənin isə əleyhinə səs verməyə çağırıb.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Vaşinqton ölkələrin bu gün müzakirəyə çıxarıla biləcək hər hansı digər qətnamə və ya düzəlişlərin əleyhinə səs vermələrini istəyib. Birləşmiş Ştatlar öz çağırışını özünün təklif etdiyi layihənin “bir sadə ideyaya – müharibənin dayandırılmasına yönəlmiş gələcəyə hesablanmış qətnamə” olması ilə əsaslandırıb.

“Bu sənədi qəbul etməklə BMT-yə üzv ölkələr qurumun əsas məqsədi olan beynəlxalq sülh və təhlükəsizliyə həqiqi təkan verə biləcəklər”, - Vaşinqtonun bildirib.

Beləliklə də, ABŞ ilk dəfə olaraq BMT-nin Rusiyadan qoşunlarını ölkədən çıxarması və hərbi əməliyyatları dayandırması tələbini qoyan qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edib.

Vaşinqtonun təklif etdiyi sənəddə isə münaqişənin başlaması ilə bağlı Rusiyaya qarşı ittihamlar yoxdur. Mətndə, həmçinin Rusiya-Ukrayna münaqişəsində faciəli insan itkisi ilə bağlı təəssüf hissi ifadə edilir və ona tezliklə son qoymağa çağırılır.

BMT Ukraynadakı vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurasının (TŞ) 15 üzvü bu gün, Ukraynadakı müharibənin üçüncü ildönümündə ABŞ-nin təklif etdiyi sənədlə bağlı səsvermə keçirəcək. Dəstək üçün ən azı 9 səs lazımdır, əlavə olaraq, BMT TŞ-nin 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa layihəyə veto qoymamalıdır.

Bu arada, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhülkəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ Ukrayna və Volodimir Zelenskinin müharibə zamanı seçki keçirməkdən imtina etməsini dəstəklədiyini açqıalayıb. Xanım Kallas həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın bəyanatlarında “Rusiya rəvayətləri çox geniş şəkildə təmsil olunur”.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Avropa  





Xəbər lenti