BMT: "Tərəflər beynəlxalq hüququ pozublar"

      BMT:    "Tərəflər beynəlxalq hüququ pozublar"
  24 Fevral 2025    Oxunub:389
"İsrail və HƏMAS Qəzza zolağında beynəlxalq hüququ kobud şəkildə pozublar".
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk Cenevrədə İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, həm İsraildə, həm də Fələstin ərazisində "vəziyyət dözülməzdir".

"İstər İsrail, istərsə də HƏMAS və Fələstinin digər silahlı qruplaşmaları tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində beynəlxalq hüququn normaları kobud şəkildə pozulub. Bu məsələ ətrafınfda müstəqil təhqiqat aparılmalıdır. Tərəflər arasındakı münaqişənin bu, ya digər həll yolu hesabatlılıq, ədalət, öz müqəddəratını təyin hüququ, həm israillilərin, həm də fələstinlilərin insan hüquqları və ləyaqəti zəminində qərarlaşdırılmalıdır", - komissar bildirib.
Kats: "Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti