Ağcabədidəki qəzada ölənlərin sayı 6 nəfərə çatıb

   Ağcabədidəki qəzada ölənlərin sayı 6 nəfərə çatıb
  01 Mart 2025    Oxunub:442
Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.
"Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti