Tramp: “Zelenski döyüşmək istəyir”

      Tramp:    “Zelenski döyüşmək istəyir”
  01 Mart 2025    Oxunub:359
ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Floridaya uçmazdan əvvəl keçirdiyi kiçik mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenski ilə söhbətin “alınmadığını” etiraf edib.
AzVision.az xəbər verir ki, Donald Tramp, həmçinin Zelenskinin sülh isatəyən adam olmdığını iddia edib.

“Zelenski “mən sülh istəyirəm” deməlidir. Bunun əvəzinə o, “Putin belədir, Putin elədir” deyir. Zelenski qələbə üçün əlinə lazım olduğundan həddən artıq kart götürüb, ABŞ isə oynamaq niyyətində deyil. Ukrayna prezidenti “döyüşmək, döyüşmək, döyüşmək” istəyir və heç də atəşkəsə hazır adam kimi görünmür. Mən isə müharibənin indi dayandırılmasını istəyirəm”, - ABŞ prezidenti vurğulayıb.

Zelenski: "Sağ ol, Amerika!"
Tramp qeyd edib ki, Vaşinqtonun dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək. Bu baxımdan, Ağ Evdə danışıqlar zamanı Volodimir Zelenski “öz imkanlarını həddən artıq dəyərləndirib”.

“BBC” nəşrinin beynəlxalq siyasət üzrə redaktoru Ceremi Bouen Donald Tramp və Volodimir Zelenski arasında münasibətlərin hətta Oval kabinetdəki mübahisədən əvvəl də pis olduğuna diqqət çəkib.

- İndi bu münasibətlər tamamilə dağılır. İctimai qınaq həm də Avropa NATO üzvləri ilə ABŞ arasında münasibətlərdə yaxınlaşan böyük böhrandan xəbər verir. Tramp Ukraynaya güclü təzyiq göstərir və Rusiyaya böyük güzəştlər təklif edir. Belə görünür ki, indi onun prioritetinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq olduğuna dair sübut əldə etmişik və bunun üçün Tramp Ukrayna hesabına güzəştlər ödəməyə hazırdır”, - Ceremi Bouen vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   mübahisə  





Xəbər lenti