“E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb

   “E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb
  06 Mart 2025    Oxunub:450
Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi" (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək.

Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti