Qəribabadi: "Bəzi ölkələr vəziyyəti əbəs yerə çətinləşdirir"

      Qəribabadi:    "Bəzi ölkələr vəziyyəti əbəs yerə çətinləşdirir"
  14 Mart 2025    Oxunub:486
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkənin nüvə proqramının "yalnız sülh niyyəti" daşıdığını diqqətə çatdırıb.
O bu barədə Çinin paytaxtı Pekin şəhərində İranın nüvə proqramı məsələsi ilə əlaqədar keçirilən üçtərəfli (İran, Rusiya və Çin) sammitin yekununda mətbuata açıqlamasında danışıb.
Çin: "İrana qarşı qanunsuz sanksiyalar dayandırılmalıdır"

Nazir müavini, eyni zamanda, Çinin xarici işlər naziri Van Yi ilə də görüşüb.

"Bu gün Pekində müsbət və konstruktiv danışıqlar apardıq. Düşünürəm ki, müəyyən ölkələr (ABŞ-ni nəzərdə tutur – red.) İranın nüvə proqramını əbəs yerə böhrana çevirir", – Qəribabadi deyib.

Öz növbəsində, nazir Yi bu məsələnin yalnız diplomatik dialoqla həllinin vacibliyini vurğulayaraq, vəziyyətin yenidən kritik həddə çatdığını söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Çin   nüvə-danışıqları  





Xəbər lenti