Odessada məşhur aktivisti güllələdilər - VİDEO

   Odessada məşhur aktivisti güllələdilər  - VİDEO
  14 Mart 2025    Oxunub:709
Bu gün Odessanın mərkəzində bir nəfər güllələnib.
UNİAN-ın hadisə şahidlərinə istinadən yaydığı məlumata görə, bu, tanınmış fəal Demyan Qanul olub.

Ukrayna Milli Polisinin regional qərargahı isə bəyan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda qətlinin təfərrüatlarını müəyyənləşdirirlər: "Saat 10:30 radələrində “102” qaynar xəttinə şəhərin Primorski rayonunda naməlum şəxsin yoldan keçənlərə atəş açması barədə məlumat daxil olub. Atəş açanı hadisə yerindən qaçıb. Zərərçəkmiş isə dünyasını dəyişib. Hazırda ərazi polis bölməsinin əməliyyat-istintaq qrupu və kriminalistlər tərəfindən cinayətin bütün halları müəyyən edilir. Qatilin tutulması istiqamətində tədbirlər davam etdirilir".

Yerli Telegram kanalları da tanınmış aktivist Demyan Qanulun öldürülməsi barədə məlumat yayıblar. Paylaşımlarda asfaltda uzanmış bir kişinin qanlı fotosu əlavə olunub. Onun bədənində isə Qanulanın bədənindəki döymənin bənzəri aydın görünür.


Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Odessa  





Xəbər lenti