Suriyalı dürzilərin 77 il sonra İsrailə girişinə icazə verilib

   Suriyalı dürzilərin    77 il sonra    İsrailə girişinə icazə verilib
  14 Mart 2025    Oxunub:559
Suriyada yaşayan islammənşəli dürzi dini icmasının nümayəndələrinə 1948-ci ildən sonra ilk dəfə İsrailə keçmələrinə, burada müqəddəs saydıqları yerləri ziyarət etmələrinə icazə verilib.
"Agence France-Presse" (AFP) xəbər agentliyi məlumatlı mənbələrə istinadən yazır ki, üç avtobusda təqribən 60 nəfərlik heyətdən ibarət dürzilər Suriya və İsrail arasındakı mübahisəli ərazidə – Colan təpələrində yerləşən Məcdəl-Şəms qəsəbəsini keçərək, İsrail Silahlı Qüvvələrinin hərbi maşınlarının rəhbərliyində ölkənin şimalına doğru üz tutublar.

Heyət dürzilərin İsraildəki lideri Müvəffəq Təriflə görüşəcək və bu dində ən müqəddəs yer sayılan Şüeyb peyğəmbərin Tiberiya şəhərindəki məzarına baş çəkəcəklər.

Mənbələrin AFP-yə verdiyi məlumata görə, Suriya dürzilərinin səfəri İsraildəki dürzilərin dəvəti əsasında başa tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   İsrail   dürzilər   ziyarət  





Xəbər lenti