Lukaşenko: "Qərb SSRİ irsini məhv etdi"

   Lukaşenko:    "Qərb SSRİ irsini məhv etdi"
  14 Mart 2025    Oxunub:532
Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən açıqlamalar verib.
Xarici KİV-in yaydığı məlumata görə, Federasiya Şurasında çıxış edən siyasətçi Qərbi hətta soyuq müharibənin rəsmi şəkildə başa çatmasından sonra da SSRİ-dən qalan hər şeyi sistemli şəkildə dağıtmaqda ittiham edib.

Belarus prezidenti qeyd edib ki, artıq 90-cı illərin əvvəllərində keçmiş sovet respublikalarının həm iqtisadi, həm də siyasi baxımdan təkbaşına ayaq üstə durmasının çətin olacağı bəlli idi.

Lukaşenko Rusiya və Belarusun postsovet çətinliklərini Vladimir Mayakovskinin “Vladimir İliç Lenin” poemasından sitat gətirməklə təsvir edib.

Tural Tağıyev


Teqlər:





Xəbər lenti