Moskva İranın nüvə proqramı ilə əlaqədar diplomatik səylərə çağırır

   Moskva İranın nüvə proqramı ilə əlaqədar diplomatik səylərə çağırır
  14 Mart 2025    Oxunub:521
Çinin paytaxtı Pekin şəhərində İranın nüvə proqramı məsələsi ilə əlaqədar keçirilən üçtərəfli (İran, Rusiya və Çin) sammit fonunda rəsmi Moskva bu məsələyə dair diplomatik səylərin artırılmasına çağırıb.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında danışıb. O, eyni zamanda, İrana qarşı beynəlxalq sanksiyaların Rusiya tərəfindən qanunsuz sayıldığını vurğulayıb.
İranın nüvə proqramı ilə əlaqədar üçtərəfli sammit başlayıb - VİDEO

Xatırladaq ki, bu gün Pekində keçirilən sözügedən sammitə adıçəkilən ölkələrin xarici işlər nazirlərinin müavinləri Ma Çausu, Sergey Ryabkov və Kazım Qəribabadi qoşulublar. Tərəflər danışıqların müsbət başa çatdığını diqqətə çatdırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   İran   Çin   nüvə-danışıqları  





Xəbər lenti