Qırğızıstan Bakı və İrəvan arasındakı razılaşmanı alqışlayıb

"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Qırğızıstan tərəfi sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir, bu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə olmalıdır.
"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.
AzVision.az
Teqlər: