"Nissan" yerli brendlərin təzyiqinə görə zavodunu bağlayacaq

   "Nissan"    yerli brendlərin təzyiqinə görə zavodunu bağlayacaq
  26 Aprel 2025    Oxunub:357
Yaponiyanın avtomobil istehsalçısı "Nissan", yerli avtomobil istehsalçılarının sərt rəqabəti səbəbindən Çinin Uhan şəhərindəki zavodunu bir il ərzində bağlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

İki məlumatlı mənbə agentliyə bildirib ki, hasilat 31 mart 2026-cı ilə qədər dayandırılacaq. "Nissan", Wuhan zavodunda istehsalı dayandırmaq planlarını şərh etməkdən imtina edib.

AzVision.az



Teqlər:





Xəbər lenti