Türk aktyorlar `erməni` olmaq istəmədilər

Türk aktyorlar `erməni` olmaq istəmədilər
  31 İyul 2014    Oxunub:2746
Türkiyəli rejisor Fatih Akın 2007-ci ildə öldürülən erməni əsilli jurnalist Hrant Dinkin həyat və yaradıcılığından bəhs edən film çəkmək istəyib. Lakin, filmin çəkilişləri müəyyən səbəblərə görə baş tutmayıb.
AzVision.az xəbər verir ki, bu barədə rejisorun özü “Agos” qəzetinə açıqlama verib.

O, bildirib ki, bunun səbəbini aktyorlar “ssenarinin çox sərt” olması ilə bağlayıblar.

Rejisor Hrant Dink obrazını canlandırmaq üçün bir sıra məşhur aktyorlara müraciət etdiyini bildirsə də, onlardan yox cavabı alıb. Aktyorlar qeyd ediblər ki, ssenari çox sərtdir.

Fatih Akının fikirlərini təqdim edirik:



“Əslində Hrant Dink haqqında film çəkməyi planlaşdırmışdım. Hrantın “Agos”da dərc edilən 12 yazı əsasında ssenari yazmışdım. Heç bir türk aktyorunu Hrant rolunu oynamağa razı sala bilmədim. Hamısı ssenarimin çox sərt olduğunu dedi. Buna görə də film layihəsini dondurmaq qərarına gəldim. Hrantla bağlı bir türk filminin olması lazımdır. Amma deyəsən, hələ bunun vaxtı çatmayıb.

Qeyd edək ki, rejisor Fatih Akın türk əsilli Almaniya vətəndaşdır. Bir çox beynəlxalq mükafatların qalibidir. Məşhur `Duvara karşı` filminin rejisorudur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti