İsraildə müddətsiz tətil başladı

İsraildə müddətsiz tətil başladı
  22 Aprel 2013    Oxunub:1222
İsraildə bütün yerli hava şirkətləri müddətsiz tətilə başlayıb.
Onlarla reys təxirə salınıb. Şirkətlər hökumətin Avropa Birliyi ilə "açıq səma" adlı anlaşmasından narazıdır. Şirkət rəhbərləri hesab edir ki, Avropa Birliyi ilə qarşılıqlı uşuşlara olan məhdudiyyətləri aradan qaldıran yeni saziş onları çıxılmaz vəziyyətə salacaq və kütləvi ixtisarlara səbəb olacaq.

Həmkarlar İttifaqlarında isə düşünürlər ki, avropalı rəqiblərə bazarın açıq olması biletlərin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu da öz növbəsində uçuşların təhlükəsizlik səviyyəsinə təsir göstərə bilər. Halbuki, indiyə qədər İsrail təyyarələri dünyada ən təhlükəsiz hesab olunurdu.


Teqlər:





Xəbər lenti