“Ay Allah qardaşım böyüməsin!!!” - VİDEO

“Ay Allah qardaşım böyüməsin!!!” - VİDEO
  01 Avqust 2014    Oxunub:3521
5 yaşlı qız qardaşının böyüməsini istəmir.
Youtube - a iki gün öncə yüklənən və izlənmə rekordları qıran videoda kiçik qardaşının böyüyəcəyini öyrənən 5 yaşlı Sadie gözyaşlarını saxlaya bilmir. Qardaşının çox şirin olduğunu və onun böyüməyini heç istəmədiyini anasına danışarkən qızcığaz hönkür-hönkür ağlayır.

“Onun böyüməyini istəmirəm. O çox şirindir” deyən qız, bu sözləri dedikcə öz taleyini də düşünür. İnsanların böyüdükcə yaşlanıb sonda öldüyünü yeni dərk edən Sadie “Mən 100 yaşım olanda ölmək istəmirəm” deyərək göz yaşlarına boğulur.

Nə baş verdiyini anlamayan kiçik qardaş isə şirin-şirin gülümsəyir. Bu zaman qızcığaz - “ Sən necə də şirinsən, sənin şirin gülüşlərini sevirəm! ”- deyə qardaşını qucaqlayır - “Ay Allah! İstiyirəm o balaca qalsın...”



Səbinə Həsənova


Teqlər:





Xəbər lenti