Müğənni şəhidlərə görə üzr istədi
“İnsanları qınamaq çox asandır. Özlərini həmin insanın yerinə qoysunlar, o zaman nə baş verdiyini anlayarlar. Səhər efiri olduğuna görə səhər tələsik evdən çıxmışam, xəbər oxumağa vaxtım olmayıb. Nə verilişdən əvvəl, nə veriliş ərzində əsgərlərimizin şəhid olması haqda heç bir məlumatım olmayıb. Verilişdən çıxıb evə gələndən sonra bu haqda xəbər tutmuşam. Mən azərbaycanlıyam. Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Bilmədən efirə çıxmışam, mənim heç bir günahım yoxdur. Bütün ailəsində itki baş verən şəhid ailələrindən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailəlerinə səbr versin. Vətən sağ olsun, Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm”.
Teqlər: