Aygün Kazımova da konsertini təxirə saldı

Aygün Kazımova da konsertini təxirə saldı
  05 Avqust 2014    Oxunub:7334
Xalq artisti Aygün Kazımova avqustun 22-nə təyin olunan Nabran konsertini təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə prodüsser Tolik məlumat verib.

Onun sözlərinə görə, konsert cəbhədə baş verən olaylar və Azərbaycanın 13 şəhid verməsi ilə bağlıdır:

`Aygün Kazımovanın Nabranda 22 avqust tarixinə təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olmuşdur. Mən bəzirləi kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya, konsertə gedir? Heç kim. Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar olaraq) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəm`,-deyə Tolik əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti