Rusiya Ermənistanın qazını kəsdi

Rusiya Ermənistanın qazını kəsdi
  23 Aprel 2013    Oxunub:1503
Ermənistana bununla bağlı xəbərdaqlıq göndərilib.
Aprelin 25-də Moskva vaxtı ilə saat 08:00-dan 18:00-dək Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana qazın nəqli dayandırılacaq. Buna səbəb Qardabani “Şimal-Cənub”magistral qaz kəmərində yaranan nasazlıqdır.

Sıradan çıxmış boruların təmirini “Gürcüstanın qaz nəqli şirkəti” öz üzərinə götürüb. Ermənistan tərəfinə də planlaşdırılmış təmir işləri barədə xəbər verilib.

“ İşlər yekunlaşandan sonra Ermənistana qazın nəqli bərpa ediləcək”-deyə Rusiya tərəfi bildirib.

Rusiyadan Gürcüstan və Ermənistana qazın nəqlini təmin edən “Şimal-Cənub” magistral qaz kəməri 1970-ci ildə inşa edilib. Qeyd edək ki, tranzit xidmətinə görə Gürcüstan, əlavə olaraq, qazın ümumi həcmindən 10% gəlir əldə edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti