Rövnəq Abdullayev “Star” Holdinqdəki payını satır

Rövnəq Abdullayev “Star” Holdinqdəki payını satır
  09 Avqust 2014    Oxunub:2928
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "Star" mediaholdinqindəki 50 % payını satır.
AzVision.az xəbər verir ki, bu barədə "SOCAR Turkey"in baş direktoru Kənan Yavuz "Reuters"ə açıqlama verib.

K.Yavuzun sözlərinə görə, şirkətin 50% payını satmaq üçün “Rixos” otellərinin sahibi, iş adamı Fəttah Təmincə ilə danışıqlara başlanılıb. Əgər danışıqlar müsbət nəticələrsə, o zaman bu baş tutacaq.

Türkiyədə SOCAR-ın böyük layihələrinin olduğunu söyləyən Kenan Yavuz bildirib ki, "Star" mediaholdinqinə sərmaye qoymaq onlar üçün tez imiş:

“Biz belə qənaətə gəldik ki, bu bizim üçün bir az tez oldu. Mediaya yaxşı vaxt ayıra bilmədik. Türkiyədəki daha böyük layihələrimlə məşğul olmaq üçün mediadan çəkiləcəyik”

Qeyd edək ki, SOCAR 2013-cü ilin may ayında “Star” mediaholdinqinin səhmlərinin 50 %-ni alıb. .

Sevinc İltifatqızı





Teqlər:  





Xəbər lenti