Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  24 Aprel 2013    Oxunub:1301
Latviya Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun məlumatına görə, Latviya Respublikasının Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər tam başa çatanadək paytaxtın bəzi küçə və yollarında avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamətlər dəyişdiriləcək.

Belə ki, aprelin 24-də saat 8.30-dan etibarən paytaxtın “Azneft meydanı”, Azadlıq, Neftçilər Parlament, İnşaatçılar, Hüseyn Cavid, Tbilisi prospektləri, Yusif Səfərov, Ü.Hacıbəyli, Z.Əliyeva, R.Rza, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Bakıxanov, Vaqif, Koroğlu Rəhimov küçələri, Fəxri xiyaban istiqamətinə və digər bəzi küçə və yollarda avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.

Sürücülərdən qeyd olunan istiqamətlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək xahiş olunur.


Teqlər:





Xəbər lenti