Türkiyənin birinci xanımları: Onlar kimlərdir?

Türkiyənin birinci xanımları: Onlar kimlərdir?
  11 Avqust 2014    Oxunub:18958
Türkiyədə ötən gün keçirilən prezident seçkilərindən sonra Çankaya sarayına çıxacaq yeni “first lady”nin də kimliyi məlum olub. O, Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandır.

AzVision.az 91 illik tarixi boyunca Çankaya sarayına çıxmış birinci xanımları sizə təqdim edir.

Türkiyənin birinci xanımları:



Türkiyə Cümhuriyyətinin ilk “first lady”si Mustafa Kamal Atatürkün həyat yoldaşı Lətifə xanım olub.

O, 23 yanvar 1923-cü ildən 5 avqust 1925-ci ilə kimi Atatürklə evli olub.



Prezident İsmət İnönünün xanımı Mevhiba İnönü is’ Türkiyənin ikinci “first lady”si olub.

O, 1938-ci ilin 11 noyabrından 1950-ci ilin 22 mayına kimi Çankayaya sahibəlik edib.



Türkiyənin 3-cü “first lady”si prezident Cəlal Bayarın həyat yoldaşı Rəşidə Bayardır.

O, 1950-ci ildən 1960-ci ilin 27 may çevrilişinə qədər birinci xanım titulunu daşıyıb.



Türkiyənin sayca 4-cü birici xanımı Cemal Gürselin həyat yoldaşı Məlahət Gürsel olub.

O, Cemal Gürselin səhhətində baş verən problemlərə görə 28 mart 1966-cı ildə Türkiyə parlamenti tərəfindən vəzifəsinə xitam verilə kimi - 6 il bu statusu qoruyub.



Məlahət Gürseldən sonra birinci xanım statusunu Cevdat Sunayın xanımı Atifət Sunay daşıyıb. O, 7 il ölkənin birinci xanımı kimi populyarlaşıb.



Türkiyənin 6-cı prezidenti Fəxri Qorutürkün xanımı Emel Qorutürk 1973-cü ildən 1980-ci ilə kimi ölkənin “fisrt lady” si olub.



Emel Qorutürk statusunu ölkənin 7-ci prezident Kənan Evrenin xanımı Səkinə Evrenə təhvil verib.

7-ci “first lady”i 9 noyabr 1982-ci ildən 1989-cu ilin 9 noyabrına kimi Çankayada yaşayıb.



Türkiyənin 8-ci “first lady”si mərhum Turqut Özalın həyat yoldaşı Səmra Özaldır. O, cəmi 4 il birici xanım ola bilib.
Turqut Özalın vəfat etməsi onun da Çankaya həyatına son verib.



Qardaş ölkənin sayca 9-cu birinci xanımı Süleyman Dəmirəlin xanımı Nazmiyə Dəmirəl olub.

O,16 may 1993-cü il tarixindən 16 may 2000-ci il tarixlərinə kimi prezident sarayına ev sahibəlik edib.



2000-ci ildə Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər seçilib. Beləcə onun həyat yoldaşı Semra Sezər Türkiyənin 10-cu “first lady”si ünvanına sahib olub. Bu, 2007-ci ilin 28 avqustuna kimi davam edib.



Türkiyənin 11-ci “first lady”si Abdulla Gülün xanımı Hayrünnisa Güldür.

O, ölkənin birinci xanımı ünvanını yaxın günlərdə Ərdoğanın xanımına təhvil olmalı olacaq.



Türkiyənin 12-ci birinci xanımı statusunu Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan daşıyacaq.

Hazırladı: Emin Piri


Teqlər:  





Xəbər lenti