`İranla Azərbaycanın arasını vurmaq istəyirlər`

`İranla Azərbaycanın arasını vurmaq istəyirlər`
  24 Aprel 2013    Oxunub:1510
Ramin Mehmanpərəst İran-Azərbaycan münasibətlərindən danışıb
"Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir".

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bü gün keçirdiyi mətbuat konfransında bildirib. İranın ölkəmizdəki səfirliyinin rəsmi saytında yer alan məlumata görə, brifinqdə İran – Azərbaycan münasibətlərinə, eləcə də bu ölkədəki son cərəyanlara toxunularaq qeyd edilib ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının bir çox ortaqlıqları və yaxşı münasibətləri mövcuddur və bu əlaqələrin istiqamətlərini dəyərləndirmək üçün, münasibətlər bütün sahələrdə genişləndirilməlidir.

Mehmanpərəst Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinə də diqqət yetirərək, bildirib: “Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir və biz ümid edirik ki, Azərbaycan Respublikasının xalqı seçkilərdə çox fəal iştirak edəcək. Biz qonşularımızla ən yaxşı münasibətdə olmaq istəyirik”.

O həmçinin Azərbaycan Respublikasında bəzi anti-iran cərəyanlar tərəfindən edilən hərəkətlərə toxunaraq, vurğulayıb: "Biz bu anti-iran hərəkətləri təxribat sayır və hesab edirik ki, bizim yaxşı münasibətlərə xələl gətirmək istiqamətindəki fəaliyyətlərin qarşısının alınması üçün hər iki ölkə rəsmiləri birgə səy göstərməlidirlər".


Teqlər:  





Xəbər lenti