“Obamaya heç nə olmayıb”

“Obamaya heç nə olmayıb”
  24 Aprel 2013    Oxunub:1304
Beynəlxalq xəbər agentliyi “Associated Press” in twitter səhifəsində paylaşılan "Obama Ağ Evdə baş verən partlayışda yaralanıb” yazısı ABŞ-da çaxnaşmaya səbəb olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, twitter hesabından paylaşılan məlumatda Ağ Evdə 2 partlayışın baş verdiyi və hadisə nəticəsində prezident Obamanın xəsarət aldığı deyilib.

Bu məlumat ölkədə böyük hay-küy yaratmaqla bərabər, Dow Jones İndeksinin də 150 bal aşağı düşməsinə səbəb olub.

Lakin məlumatın yalan olduğu qısa müddət ərzində ortyaya çıxıb və agentliyin xəbəri özünü doğrultmayıb.

Agentlik səlahiyyətlisinin verdiyi açıqlamada, saytın twitter hesablarının hakerlərin hücumuna məruz qaldığı və onlar tərəfindən belə bir məlumatın paylaşılmadığı deyilib.

“Ağ Ev”in hökümət səlahiyyətliləri də məsələyə aydınlıq gətirərək bildirib ki, heç bir partlayış baş verməyib və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, “Associated Press” agentliyi hazırda haker qruplarını ələ keçirmək üçün twitter rəhbərliyi ilə əməkdaşlığa başlayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti