Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının mətbuat xidməti
məlumat yayıb. Eyni zamanda, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə
açıqlamasında söyləyib ki, beşgünlük hərbi təlim İranın şimal-qərbində terrorizmlə mübarizə istiqamətində həyata keçirilir. Təlimlərə ümumilikdə 5 ölkədən hərbçilər qoşulublar:
"Bu təlim İranın terrorizmlə mübarizəyə yüksək sədaqətini göstərir, həmçinin təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir".
Firudin Həmidli
AzVision.az