Çinin kosmik gəmisi Yerə pilotsuz qayıdacaq

Çinin kosmik gəmisi Yerə pilotsuz qayıdacaq
  01 Dekabr 2025    Oxunub:376
Çinin Tianqonq Kosmik Stansiyasında kosmik tullantılar nəticəsində şüşəsində çat yaranan Şincou-20 ekipaj gəmisi Yerə insansız qaytarılacaq.

AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Zədə səbəbindən 5 noyabrda planlaşdırılan geridönüş missiyası təxirə salındıqdan sonra taykonotlar 14 noyabrda Şençou-21 gəmisi ilə Yerə dönüblər. Yeni missiyanı yerinə yetirən Şinçou-21 heyətinin geri gətirilməsi üçün isə Şinçou-22 gəmisi stansiyaya göndərilib.

Tianqonq Kosmik Stansiyasında 3 nəfərlik heyət 6 aylıq növbəli missiyalarla fəaliyyət göstərir.

AzVision.az



Teqlər:



Xəbər lenti