XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib
Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər. Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri Forumun prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə yüksəksəviyyəli birgə panellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədə danışılıb.
Bununla yanaşı, Forum çərçivəsində Dünya İncəsənət və Elm Akademiyası (WAAS) və “The Economist” jurnalı ilə birgə yan tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Toplantıda, həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə də “UN-Habitat” ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.
Qeyd edilib ki, növbəti hazırlıq toplantısı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


