Türkiyə qoşunları Suriyaya girib

   Türkiyə qoşunları Suriyaya girib
  08 Dekabr 2025    Oxunub:811
Türkiyə Silahlı qüvvələri üç istiqamətdən - Afrin, Rəs əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olub.
AzVision.az Türkiyənin “KARAR” nəşrinə istinadən xəbər verir ki, bölgədən gələn xəbərlərə görə, türk birliklərinin əsas hücum istiqaməti Mənbic xəttidir.

“Türkiyənin hərəkətlərinə cavab olaraq Dəməşq hazırda Suriya Demokratik qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərib. Hökumət qüvvələri artilleriya dəstəyi və dron şətiri alıb”, - xəbərdə deyilir.

Açıqlanan məlumatlara görə, bir türk hərbi karvanı Hələb vilayətinə doğru Deyr-Ballut sərhəd keçid məntəqəsindən Suriyaya daxil olub. İkinci karvan gecə ərzində Advaniya sərhəd keçid məntəqəsi ərazisində sərhədi keçib.

Xəbərlərdə qeyd olunur ki, hərbi kolonnalarda zirehli texnika ilə yanaşı, müxtəlif maddi-texniki və logistik elementlər də var.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Suriya   qoşunlar  



Xəbər lenti