Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana neft daşınacaq

   Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana neft daşınacaq
  08 Dekabr 2025    Oxunub:990
"Qərar barədə hər iki tərəfə məlumat verilib".
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 5 dekabrda hökumət Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik tranzitini həyata keçirmək üçün adıçəkilən ölkələrdən sorğu alıb:

"Baş nazir İrakli Kobaxidzenin məsələ ilə əlaqədar qərarına əsasən, Gürcüstan Dəmir Yollarına dəmir yolu üzrə yük daşımalarını dərhal və tamamilə pulsuz həyata keçirmək tapşırığı verilib".

Məlumatda həmçinin vurğulanıb ki, rəsmi Tiflis Bakı və İrəvanın strateji, etibarlı tərəfdaşı qismində regionda sülh və sabitliyi dəstəkləyir.
Paşinyan: "Yük axınları yenidən bölüşdürülür"

Xatırladaq ki, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana noyabrın 5-də Rusiyadan, noyabrın 8-də isə Qazaxıstandan taxıl çatdırılıb. Bu, son 35 il ərzində Rusiyadan Ermənistana dəmir yolu vasitəsilə ilk birbaşa yükdaşımadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Azərbaycan   Gürcüstan   Ermənistan   neft   daşınma  



Xəbər lenti