Hakan Fidan Ermənistanla normallaşma prosesindən danışıb
“Ermənistanla normallaşma prosesi 2025-ci ildə də Azərbaycanla eyni istiqamətdə və koordinasiyalı şəkildə aparılıb. Qarşıdakı dövrdə bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün üzərimizə düşəni etməyə və yaranan tarixi fürsətdən yararlanmaq üçün tərəfləri təşviq etməyə davam edəcəyik”, – o bildirib.
2025-ci ildə Türkiyə və Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində prezidentlərin səfərlərinin xüsusi rol oynadığını bildirən nazir, regionda vacib hadisələrin baş verdiyini vurğulayıb:
“Tarixi və mədəni bağlara malik olduğumuz Cənubi Qafqazda 2025-ci ildə mühüm hadisələr baş verib. Qardaşlıq və müttəfiqlik münasibətlərinə sahib olduğumuz can Azərbaycan ilə yüksək səviyyəli ikitərəfli əlaqələrimiz, cənab Prezidentimizin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfərləri başda olmaqla, qarşılıqlı yüksək səviyyəli əlaqələr vasitəsilə sürətlə davam edir”, - nazir əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


