“Təəssüf ki, bu planın gördüyüm bəzi hissələrinin uzun illərdir Avropa və ABŞ arasında real müttəfiqliyi əhəmiyyətli dərəcədə dəyişdirdiyini düşünürəm. Həmçinin son müsahibələrdə də Avropa ilə bağlı səsləndirilən şərhlər, məncə, bu gün və gələcəkdə lazım olan çox vacib bir ittifaqı parçalamaq cəhdidir”, - Papa XIV Leo deyib.
|
| Tramp: “Mən Ukraynaya heç nə verməmişəm” |
Yeri gəlmişkən, XIV Leo bu sözləri İtaliyada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra deyib.
Xatırladaq ki, dekabrın 9-da ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının (AK) amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələmək qərarını tənqid edib. Amerika lideri Avropanın yanlış istiqamətdə getdiyini və AK-nin qərarının çox olduqca qəribə olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


