ABŞ Çindən İrana gedən gəmini saxlayıb

   ABŞ Çindən İrana gedən gəmini saxlayıb
  13 Dekabr 2025    Oxunub:1105
ABŞ-nin xüsusi təyinatlı qüvvələri noyabr ayında Çin limanlarından İrana gedən gəmini ələ keçirərək Hind okeanı üzərindən yük daşımaq cəhdinin qarşısını alıblar.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

Mənbələrin iddiasına görə, əməliyyat zamanı Amerika tərəfinin fikrincə, İranın hərbi-sənaye kompleksində, o cümlədən raket sistemlərinin hazırlanmasında istifadə üçün nəzərdə tutulan yük ələ keçirilib.

“Hind okeanında, Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda gəmiyə enən Amerika xüsusi təyinatlıları oradakı yükün müsadirə olunmasından sonra gəmiyə səyahətinə davam etməyə icazə veriblər”, - xəbərdə deyilir.

Açıqlamalarda ABŞ-nin kəşfiyyat orqanlarının yükün raket və kosmik sənayedə işlədilən komponentlərin satın alınması ilə məşğul olan İran təşkilatları üçün nəzərdə tutulduğunu göstərən məlumat əldə etdiyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin   İran  



Xəbər lenti