Qrossi: "Tehran yoxlamalara məhdudiyyət qoyur"

      Qrossi:    "Tehran yoxlamalara məhdudiyyət qoyur"
  15 Dekabr 2025    Oxunub:1089
"Beynəlxalq Atom Enerjisi (BAEA) Agentliyi İran ərazisində nüvə yoxlamalarına yenidən başlayıb, amma hökumət müfəttişlərimizin əsas obyektlərə ("Nətənz", "İsfahan" və "Fordo" – red.) girişinə icazə vermir".
Bu sözləri BAEA-nın Baş direktoru Rafael Qrossi Rusiyanın "RIA Novosti" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Tehran müfəttişlərə yalnız cari ilin iyununda İsrail-İran müharibəsi əsnasında zərbə endirilməmiş ərazilərə baxmaq şəraiti yaradır

"Bu da əhəmiyyətlidir, amma daha vacib obyektlərdə yoxlanışa məhdudiyyət qoyulub. Həmin obyektlərdə xeyli miqdarda nüvə material və avadanlıqları qalmaqdadır".

Xatırladaq ki, iyun ayında İsraillə 12 günlük müharibədə nüvə və raket obyektləri bombalanıb sıradan çıxarılan İran bu müddət ərzində BAEA-nı "siyasiləşməkdə, tərəf tutmaqda" günahlandırıb. Bu gərginlik nəticəsində əməkdaşlıq tamamilə qopma nöqtəsinə çatsa da, hər iki tərəfin cəhdləri ilə əlaqələr yenidən qurulub. Hərçənd BMT səviyyəsində sanksiyalar fonunda vəziyyət təkrarən gərginləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BAEA   İran   nüvə-problemi   gərginlik  



Xəbər lenti