Əraqçi Rusiyaya gedib

 Əraqçi Rusiyaya gedib
  16 Dekabr 2025    Oxunub:1011
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yollanıb.
"TASS" dövlət xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, onu hava limanında İranın Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb. Məlumata əsasən, Abbas Əraqçi səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər regional və qlobal məsələlər, habelə təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq mövzuları haqqında müzakirələr aparacaqlar. Danışıqlarda həmçinin İranın nüvə proqramı ətrsfında formalaşan gərgin vəziyyətə də toxunulacaq.

Yeri gəlmişkən, dünən Sergey Lavrov İran televiziyasına müsahibəsində Moskva-Tehran münasibətlərinin inkişafını Rusiyanın xarici siyasətinin prioritetlərindən biri adlandırmışdı:

"İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq perspektivlərimiz, ciddi ikitərəfli planlarımız var".

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   nazir   Rusiya   səfər  



Xəbər lenti