Napoleon Bonapartın üzüyü oğurlanıb
Məlumata görə, iki cinayətkar binaya pəncərə vasitəsilə daxil olub və bir neçə vitrin dağıdaraq içindəki əşyaları oğurlayıblar.
Oğurlanan əşyalar arasında 18 karatlıq qızıldan hazırlanmış, beş brilyantla bəzədilmiş və tarixi mənbələrə görə Napoleonla əlaqələndirilən üzük də var. Bu üzük imperatorun 1815-ci il iyunun 18-də Vaterloo döyüşündə məğlubiyyətindən sonra tapılıb.
Həmçinin oğurlananlar arasında Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də var. Oğurluqla bağlı polisə müraciət edilib və Valon Brabant Prokurorluğu istintaqa başlayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


