Ermənistanda yeni həbslər

Ermənistanda yeni həbslər
  30 Dekabr 2025    Oxunub:1503
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri “Vətən” partiyasının katibi Xaçik Qalstyanı saxlayıb.
AzVision.az xəbər verir ki, bununla bağlı vəkil Sos Akobyan məlumat yayıb.

Bundan əvvəl “Vətən” partiyasının lideri Artur Vanetsyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqlərinin Qalstyanın mənzilində axtarış apardığını açıqlamışdı.

Eyni zamanda, “Vətən” partiyasının Vaqarşapatdakı nümayəndəsi Aram Köçəryanın da saxlanıldığı bildirilir.

Ermənistan müxalifətinin bəzi təmsilçiləri baş nazir Nikol Paşinyanın bu minvalla gələn ilin yayında keçiriləcək parlament seçkiləri öncəsi müxalif qüvvələrin nüfuzuna zərbə endirmək niyyətində olduğunu iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   həbslər  



Xəbər lenti