Məsafədən iş anlayışı əmək müqaviləsi ilə tənzimlənəcək

Məsafədən iş anlayışı əmək müqaviləsi ilə tənzimlənəcək
  30 Dekabr 2025    Oxunub:1169
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyənləşəcək.
AzVision.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, məsafədən iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib digər yerdə) yerinə yetirilməsidir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti