MM-in Həmrəylik Günü münasibətilə müraciəti

MM-in Həmrəylik Günü münasibətilə    müraciəti
  30 Dekabr 2025    Oxunub:1216
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" məsələ daxil edilib. Müraciəti deputat Zaur Şükürov oxuyub:

"30 illik işğala son qoyulması Azərbaycanın güclü dövlət olduğunu və Azərbaycan xalqının daim öz dövlətini dəstəklədiyini nümayiş etdirib. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə fəxr edirlər. Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Azərbaycanın bütün potensialının ortaya çıxarılaraq dünyaya tanıdılması üçün görüləsi işlərimiz çoxdur. Azərbaycan xalqının varlığı və gələcəyi dünya azərbaycanlılarının birliyindən çox asılıdır".

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti