Milli Qəhrəmanın nəşi Azərbaycana gətirilir

Milli Qəhrəmanın nəşi Azərbaycana gətirilir
  30 Dekabr 2025    Oxunub:1286
Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür:

"Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq".

Əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb. İsveçdəki Qocalar Evində yaşayan Milli Qəhrəman uzunsürən xəstəlikdən sonra vəfat edib.

AzVision.az


Teqlər: Milli-Qəhrəman  



Xəbər lenti