Minlərlə Yeni il hədiyyə qutusu satışdan kənarlaşdırıb

Minlərlə Yeni il hədiyyə qutusu satışdan kənarlaşdırıb
  30 Dekabr 2025    Oxunub:1472
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satışa çıxarılan 3 min 68 Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb.
Agentlikdən AzVision.az -a verilən məlumata əsasən, cari ilin dekabrın 11-27-də keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21 min 182 məhsula baxış keçirilib. 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3 min 68 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb.

AzVision.az


Teqlər: AQTA  



Xəbər lenti