Reuters: “Finlandiya ABŞ üçün buzqıran gəmilər inşa edəcək”

      Reuters:    “Finlandiya ABŞ üçün buzqıran gəmilər inşa edəcək”
  30 Dekabr 2025    Oxunub:1356
Finlandiyanın “Rauma Marine Constructions” gəmiqayırma şirkəti ABŞ üçün 2028-ci ilə çatdırılması planlaşdırılan iki buzqıran gəminin inşası üçün müqavilə imzalayıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Rauma Marine Constructions” şirkətinin rəsmi açıqlamasında ABŞ-nin Sahil Mühafizəsi üçün iki buzqıran gəminin inşası üçün müqavilə imzaladığı bildirirlir.

Hazırda Amerika departamentində sərt qütb şəraitində işləyə bilən cəmi iki oxşar gəmi olduğu halda, Rusiyada buzqıran gəmilərin sayı təxminən 40-a çatır.

“Finlandiya tərsanələri dünyanın ən yaxşı buzqıran gəmilərini və böyük kruiz gəmilərini istehsal edəcək. Bu buzqıran sifarişin alınması Helsinki və bütün gəmiqayırma sənayemiz üçün böyük nailiyyətdir”, - Finlandiyanın İqtisadi İşlər naziri Sakari Puisto vurğulayıb.

Tramp kömürə qayıdır
Sazişin bu ilin oktyabr ayında ABŞ və Finlandiya prezidentləri tərəfindən imzalanmış anlaşma memorandumu çərçivəsində ilk praktiki addım olduğu qeyd edilir.

Sənəd Finlandiya tərsanələrində dörd gəminin inşasını nəzərdə tutur, daha 7 buzqıran gəminin isə Finlandiya texnologiyası və təcrübəsindən istifadə olunmaqla daha sonra ABŞ-də inşası planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Amerika hakimiyyətinə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin milli təhlükəsizlik orqanlarının Arktikadakı Çin sualtı qayıqlarını Uzaq Şimal bölgəsində Pekindən artan təhlükə kimi qiymətləndirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Finlandiya   gəmi  



Xəbər lenti