Pensiya artımları bu aydan hesablanacaq

   Pensiya artımları bu aydan hesablanacaq
  01 Yanvar 2026    Oxunub:512
Bu ildən bütün növ pensiyalar artırılacaq.
Yanvar ayından hesablanacaq artımların həcmi 9,2 faiz nəzərdə tutulur. Sosial sahədəki bütün növ artımlar cari ilin inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir.
Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, orta pensiyanın həcmi 579 manat olacaq. Bu, ötən illə müqayisədə 7,9 faiz çoxdur. Artım 1 milyon 200 mindən çox vətəndaşa şamil ediləcək.

Yeni artımların fevral ayında elan ediləcəyi istisna edilmir. Fevral ayında vətəndaşlar pensiyalarını 2 aylıq artımla, birdəfəyə ödənilmək şərtilə alacaqlar. Sonrakı aylar üzrə artımlar ödəmələr zamanı nəzərə alınacaq.

2026-cı ildə əmək pensiyasılarının ödənişi üzrə xərclərin ümumi həcmi 7 milyard 992 milyon manat səviyyəsində müəyyən edilib.

AzVision.az


Teqlər: pensiya   Azərbaycan  



Xəbər lenti